Məzmuna keç

Yunanıstanda daşqınlar nəticəsində 2 nəfər ölüb

Yunanıstanda daşqınlar nəticəsində 2 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Maqnisiyada sel sularından yaşlı bir adamın cəsədi çıxarılıb.

Axtarış-xilasetmə qruplarının səylərinə baxmayaraq, selin üstünlük təşkil etdiyi bölgədə itkin düşdüyü bildirilən 80 yaşdan yuxarı 3 nəfər hələ də tapılmayıb.

Sel və daşqınlar bir çox sağlamlıq ocaqları və xəstəxanalara da təsir edib. Volos, Larisa, Kardiça və Trikala şəhərlərində bir çox xəstəxana və sağlamlıq mərkəzlərində səhiyyə xidmətləri dayandırılıb, Volos Qocalar Evi boşaldılıb.

Pilioda asfalt yol sel səbəbiylə çökərək ikiyə bölünüb. Bir çox yollar nəqliyyatın hərəkətinə bağlanıb.

Meteoroloqlar yağıntıların ölkə ərazisində cümə axşamı günün sonuna qədər davam edəcəyini proqnozlaşdırır. Dünən yağan yağışın isə ölkə tarixində indiyə qədər ən güclü leysan olduğunu bildirilir.

Şəbnəm Mehdizadə