Bolqarıstanda leysan yağışları nəticəsinə 2 nəfər ölüb.
E-huquq.az Bolqarıstan Xəbər Agentliyinə (BTA) istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikolay Denkov məlumat verib.
O, ölkənin Qara dəniz sahilindəki Tsarevo qəsəbəsində daşqınlarda 3 nəfərin itkin düşdüyünü deyib.
Tsarevo meri Georgi Lapçev bildirib ki, daşqından zərər çəkən 100-dən çox insan təxliyə edilib.
Daşqından sonra bölgəyə Burqas və Primorsko şəhərlərindən çoxlu sayda yanğınsöndürən göndərilib.
Bolqarıstan Milli Meteorologiya və Hidrologiya İnstitutu ölkənin 15 regionunda güclü külək və fırtına ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə
