Məzmuna keç

Çanaqqalada 51 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Çanaqqala şəhərində 51 qanunsuz miqrant və 4 miqrant qaçaqmalçısı tutulub.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, Çanaqqalanın Ayvacık rayonunda Jandarma Komandanlığının əməkdaşları qanunsuz miqrantlara qarşı əməliyyat keçirib.

Miqrantların Əfqanıstan vətəndaşı olduğu məlum olub. Onların 18-i kişi, 14-ü qadın və 19-u uşaqdır.

Qeyri-qanuni miqrantlar müvafiq prosedurlardan sonra Miqrasiya İdarəsinə təhvil veriləcək.

Şəbnəm Mehdizadə