Məzmuna keç

Türkiyədə gecə klubunda silahlı insident olub, ölən və yaralılar var

Türkiyənin Bursa şəhərində gecə klubunda silahlı insident baş verib.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, kluba gələn 4 nəfərlə mühafizəçi arasında mübahisə başlayıb. Mübahisə sonradan silahlı insidentə çevrilib.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə