Məzmuna keç

Adanada axtarışda olan FETÖ üzvü saxlanılıb

Türkiyənin Adana şəhərində axtarışda olan FETÖ üzvü saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, polis Adananın Gültəpə məhəlləsində əməliyyat keçirib.

Əməliyyat zamanı keçmiş polis əməkdaşı və barəsində 6 il 3 ay həbs qərarı olan terror təşkilatı üzvü gizləndiyi evdə yaxalanıb.

O, müvafiq prosedurlardan sonra cəzaçəkmə müəssisəsinə göndərilib.

Şəbnəm Mehdizadə