Türkiyə Silahlı Qüvvələri son bir həftədə 39 terrorçu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ terror təşkilatları da daxil olmaqda hər cür təhdid və təhlükəyə qarşı fasiləsiz olaraq mübarizəsini davam etdirir. Bu çərçivədə həftə ərzində İraq və Suriyanın şimalı da daxil olmaqla 39 terrorçu zərərsizləşdirilib. Cari ildə isə 1 185 terrorçu məhv edilib.
Qeyd olunub ki, 2015-ci il iyulun 24-dən bu yana zərərsizləşdirilən terrorçuların sayı 38 min 528-ə çatıb.
Şəbnəm Mehdizadə
