Məzmuna keç

Bolqarıstanda sel nəticəsində ölənlərin sayı 4-ə çatıb

Bolqarıstanda leysan yağışların səbəb olduğu sel nəticəsində 4 nəfər həyatını itirib.

E-huquq.az Bolqarıstanın Xəbər Agentliyinə (BTA) istinadən xəbər verir ki, Tsarevo meri Georgi Lapçev sel nəticəsində bölgədəki infrastrukta ciddi ziyan dəydiyini deyib. Dəymiş ziyanın aradan qaldırılması üçün təmir işlərinə başlanılacağını qeyd edib.

O, daşqınlardan zərər çəkmiş 100-dən çox insanın təxliyə edildiyini bildirib. Mer sakinlərə kran suyundan içməməyi tövsiyə edib.

Şəbnəm Mehdizadə