Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının məsul şəxsini zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda "Pəncə-kilid" əməliyyatı çərçivəsində terror təşkilatının məsul şəxsinin zərərsizləşdirildiyi qeyd edilib.
"Qəhrəman Türkiyə Silahlı Qüvvələri PKK-ya zərbə endirməkdə davam edir. "Pəncə-Kilid" əməliyyatı bölgəsində mübarizəni davam etdirən əsgərlərimiz terrorçulardan biri olan Şerzan Mava kod adlı Ferit Yükseli zərərsizləşdirib” – deyə məlumatda qeyd olunub.
Şəbnəm Mehdizadə
