Məzmuna keç

Kahramanmaraşda meşə yanğını davam edir

Türkiyənin Kahramanmaraş şəhərində baş verən meşə yanğınının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kahramanmaraşın Qızıleniş adlı meşə sahəsində başlayan yanğının səbəbi məlum deyil.

Əraziyə yanğınsöndürənlər və texnika göndərilib. Yanğının nəzarət altına alınması işlərinə jandarma və mühafizəçilər də dəstək verir.

Kahramanmaraş Regional Meşə İdarəsinin direktoru Yusuf Karartı bildirib ki, yanğının söndürülməsinə 5 helikopter, 8 su maşını və digər texnika cəlb olunub.

İndiyə qədər təxminən 4 hektar ərazinin zərər gördüyünü deyən direktor yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyini bildirib.

Şəbnəm Mehdizadə