Məzmuna keç

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 1 300-ü ötdü –

Mərakeşdə güclü zəlzələ nəticəsində ölənlərin sayı 1 305 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət zamanı azı 1832 nəfər yaralanıb.

***

10.56

Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə çatıb.

E-huquq.az xəbəre verir ki, bu barədə “Reuters“ məlumat yayıb. Zəlzələ nəticəsində 329 nəfər xəsarət alıb.

***

09.08

Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 296 nəfər ölüb, 153 şəxs yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, həlak olan 296 nəfərin 73-ü Mərakeş yaxınlığındakı Əl-Həuz əyalətində yaşayırmış. Zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.

Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.