Türkiyənin Samsun şəhərində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Samsunun Kavak adlı ərazisində 3 avtomobilin toqquşduğu qəzada 7 nəfər xəsarət alıb.
Qəzaya səbəb sürücülərdən birinin idarəetməni itirməsi olub. Belə ki, sürücü digər zolaqla hərəkət edən avtomobillərə çırpılıb.
Yaralılar Kavak Dövlət Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
