Məzmuna keç

Krivoy Roqda silsilə partlayışlar baş verib

Bu gün səhər saatlarında Ukraynanın Krivoy Roq şəhərində güclü silsilə partlayışlar baş verib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Krivoy Roq şəhərinin meri Aleksandr Vilkul məlumat verib.

O, Rusiyanın şəhərə raketlərlə və "Shahed" PUA-larla hücum etdiyini deyib: "Raketlərdən və "Shahed"lərdən istifadə etməklə iki zərbə endirilib. Hadisə nəticəsində itki olmayıb. Lakin 4 fərdi ev və bir neçə yardımçı tikili zədələnib. Düşmənin 11 PUA-sı məhv edilib".

Vilkul yerli sakinləri sığınacaqları tərk etməməyə çağırıb: "Təkrar hücumlar təhlükəsi yüksək olaraq qalır".

Qeyd edək ki, bundan əvvəl hava qüvvələri pilotsuz təyyarələrinin şəhər istiqamətində hərəkəti barədə xəbərdarlıq etmişdi.

Şəbnəm Mehdizadə