Məzmuna keç

Ukrayna MN: “Baxmut istiqamətində daha 2 kvadrat kilometr ərazi azad edilib”

"Son bir həftə ərzində Baxmut istiqamətində təxminən 2 kvadrat kilometr ərazi azad edilib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Nazir müavininin sözlərinə görə, Baxmut yaxınlığındakı əks-hücum əməliyyatları nəticəsində artıq 49 kvadrat kilometr ərazi azad edilib.

Malyar onu da qeyd edib ki, Baxmut istiqamətində Ukrayna Silahlı Qüvvələri Kleşçievka və Andreevka ərazilərində müəyyən uğurlar əldə edib: "Biz orada düşməni öz mövqelərindən sıxışdırdıq və müəyyən irəliləyiş əldə etdik".

Nazir müavininin sözlərinə görə, həftə ərzində Ukrayna qoşunları Donetsk vilayətinin Novomayorski rayonunda da qismən uğur qazanıblar.

Malyar bildirib ki, Ukrayna Silahlı Qüvvələri indi uğur qazandıqları ərazilərdə möhkəmlənir.

Şəbnəm Mehdizadə