Məzmuna keç

Türkiyədə FETÖ-yə qarşı əməliyyatda 9 nəfər saxlanılıb

Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirilib.

E-huquq.az xəbər verir ki, prokurorluq və Təhlükəsizlik İdarəsinin birgə apardığı istintaq çərçivəsində Bitlis, İzmir, İstanbul, Van, Ankara, Burdur və Afyonkarahisarda 11 şübhəli şəxsə qarşı keçirilən əməliyyat zamanı 9 nəfər saxlanılıb.

Şübhəlilərdən 1-i həbs olunub, 6-sı məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb. Digər 2 nəfər isə sərbəst buraxılıb.

Qaçan iki şübhəlinin tutulması istiqamətində işlər davam edir.

Şəbnəm Mehdizadə