Məzmuna keç

Nigeriyada silahlı hücumda 10 nəfər ölüb

Nigeriyanın Plato əyalətində silahlı hücum olub.

E-huquq.az “Punch” qəzetinə istinadən xəbər verir ki, hücum nəticəsində 10 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Belə ki, silahlı şəxslər Plato əyalətinin Kulben kəndinə gələrək atəş açıb. Hücum zamanı bir çox ev yandırılıb, kənd sakinlərinin ərzaq məhsulları oğurlanıb.

Plateau əyaləti polisinin sözçüsü Alabo Alfred hücumu təsdiqləyib və təhlükəsizlik qüvvələrinin hadisə yerinə göndərildiyini bildirib.

Qeyd edək ki, həmin əyalətdə avqustun 10-da baş verən silahlı hücumda 21 nəfər həyatını itirib.

Şəbnəm Mehdizadə