Məzmuna keç

Türkiyədə 61 qanunsuz miqrant xilas edilib

Türkiyənin Muğla şəhərində qanunsuz miqrantlar saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat verib.

Muğlanın Bodrum və Datça sahillərində rezin qayıqlarda bir qrup qanunsuz miqrantın olması müəyyən edilib. Əraziyə Dərhal Sahil Mühafizəsinin qayıqları və əməkdaşları göndərilib.

Bodrum sahillərində rezin qayıqda olan 8, Datça sahillərində isə 2 rezin qayıqda 53 nizamsız miqrant xilas edilərək sahilə çıxarılıb.

Bodrum sahillərində iki rezin qayıqda isə 40 xarici ölkə vətəndaşı saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə