Məzmuna keç

Meksikada avtobus uçuruma yuvarlanıb, 10 nəfər ölüb

Meksikanın San Luis Potosi əyalətində turist avtobusu qəzaya uğrayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Meksikanın Xalisko əyalətindən yola çıxan avtobus San Luis Potosi-Guadalajara magistral yolunda uçurumdan aşağı düşüb.

Qəza nəticəsində 10 nəfər ölüb, 18 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedicilər göndərilib. Yaralılar ətrafdakı xəstəxanalara aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə