Türkiyənin Çanaqqala şəhərində meşə yanğını baş verib.
E-huquq.az xəbər verir ki, Çanaqqalanın Ayvacık rayonunda meşə sahəsində başlayan yanğının qarşısı alınıb.
Yanğının söndürülməsi üçün 2 helikopter, 2 su daşıyan təyyarə və çoxlu sayda yanğınsöndürənlər hadisə yerinə cəlb edilib.
Yanğın nəticəsində 2 hektar əraziyə ziyan dəyib.
Şəbnəm Mehdizadə
