Məzmuna keç

Vyetnamda yaşayış binasında yanğın olub, 8 nəfər ölüb

Vyetnamın paytaxtı Hanoyda doqquz mərtəbəli yaşayış binasında yanğın baş verib.

E-huquq.az “Vietnam News” saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həyatını itirib.

Binadan 70 nəfər təxliyə edilib, onlardan 54-ü xəstəxanaya yerləşdirilib.

Təxminən 150 nəfərin yaşadığı yaşayış binasında axtarış-xilasetmə işlərinin davam edir. Ölənlərin sayının artacağı istisna edilmir.

Şəbnəm Mehdizadə