Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslər barədə araşdırma aparılıb.
Bu çərçivədə, hazırda xidmətdə olan 1 kiçik zabit, vəzifəsindən azad edilmiş 6 hərbi qulluqçu, 1 müəllim və bağlanmış hərbi məktəbin 3 şagirdinin tutulması üçün müəyyən edilmiş ünvanlarda əməliyyat təşkil edilib.
Əməliyyat zamanı saxlanılan 8 şübhəli şəxs polis bölməsinə aparılıb. Digərlərinin tutulması istiqamətində işlər davam etdirilir.
Şəbnəm Mehdizadə
