Türkiyədə son 3 ay ərzində terror təşkilatlarına qarşı ümumilikdə 43 min 90 əməliyyat həyata keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Nazir bildirib ki, bu əməliyyatlar zamanı 258 terrorçu zərərsizləşdirilib.
“Terror təşkilatlarına qarşı son 3 ayda İHA, PUA və İKU ilə 15 min 640 saat uçuş həyata keçirilib. Bu müddət ərzində separatçı terror təşkilatı PKK/KCK-ya qarşı 818-i şəhər, 41 min 66-sı isə kənd yerlərində olmaqla 41 min 884 əməliyyat keçirilib”.
Ə.Yerlikaya bildirib ki, son 90 gündə FETÖ-yə qarşı 1294, İŞİD-ə qarşı isə 260 əməliyyat keçirilib.
“Bu müddət ərzində 37-i bombalı hücum olmaqla, 44 terror hadisəsinin qarşısı alınıb”, – deyə nazir əlavə edib.
Şəbnəm Mehdizadə
