Türkiyənin Karaman şəhərində mikroavtobusun aşması nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mikroavtobus Karaman-Ereğli yolunun 30-cu kilometrliyində aşıb.
Hadisə yerinə polis, yanğınsöndürmə briqadası və təcili tibbi yardım göndərilib.
Yaralılar təcili yardımla Karaman Tədris və Araşdırma Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı danışan sürücü mikrioavtobusun təkərinin partladığını iddia edib: "İdarəetməni itirdim. Sonra nəqliyyat vasitəsi aşdı. Mikroavtobusda 13 nəfər var idi. Sərnişinləri Taşkale kəndindən götürdüm, Karaman mərkəzinə gəlirdik".
Qəzaya görə nəqliyyatın hərəkətinə bağlanan yol qısa müddət sonra açılıb.
Şəbnəm Mehdizadə
