Peruda sərnişin avtobusu ilə yük maşını toqquşub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Perunun Arekipa şəhərində baş verən qəza nəticəsində 10 nəfər ölüb, 9 nəfər yaralanıb.
Yaralılar dərhal ətrafdakı xəstəxanalara çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
