Məzmuna keç

Dəfn mərasiminə gedərkən qəzaya düşdülər, 10 nəfər yaralandı

Türkiyənin Çorum şəhərində mikroavtobusun qəzaya uğraması nəticəsində 10 nəfər xəsarət alıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Osmancık rayonunda təkəri partlayan mikroavtobus aşaraq baryerlərə çırpılıb.

Nəticədə 10 nəfər yaralanıb. Yaralılar mikroavtobusdan çıxarılaraq təcili tibbi yardım maşınları ilə Osmancık Dövlət Xəstəxanasına aparılıb. Qəza ilə bağlı araşdırmalar davam edir.

Mikroavtobusdakı şəxslər dəfn mərasimində iştirak etmək üçün Ərzurumdan Kocaeli şəhərinə gedirmiş.

Şəbnəm Mehdizadə