Məzmuna keç

Türkiyədə İŞİD-ə qarşı əməliyyatda 17 nəfər saxlanılıb

Türkiyənin Bursa şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində silahlı terror təşkilatı ilə əlaqələrinin olduğu müəyyən edilən şübhəlilərin ünvanları təsbit edilib.

Təhlükəsizlik İdarəsi və Terrorla Mübarizə Şöbəsi əməkdaşlarının eyni vaxtda keçirdiyi əməliyyatda 17 nəfər saxlanılıb.

Saxlanılan şəxslərlə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə