Türkiyə Silahlı Qüvvələri son bir həftə ərzində 44 terrorçunu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, ümumilikdə cari ildə İraq və Suriyanın şimalı da daxil olmaqla 1 229 terrorçu zərərsizləşdirilib. Beləliklə, 2015-ci ildən bəri zərərsizləşdirilən terrorçuların sayı 38 min 572-yə çatıb.
Şəbnəm Mehdizadə
