Türkiyənin Kocaeli şəhərində fəhlələri daşıyan mikroavtobus bir qrup piyadanın üzərinə çıxıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Gölcük rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində mikroavtobus yol kənarı ilə gedən iki piyadanı vurub. Daha sonra nəqliyyat vasitəsi aşıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb
Xəsarət alan 6 nəfər təcili tibbi yardım maşını ilə ətrafdakı xəstəxanalara çatdırılıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Şəbnəm Mehdizadə
