Məzmuna keç

Türkiyədən Yunanıstana qaçmağa cəhd edən 23 terrorçu tutulub

Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 23 nəfər saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 1 həftədə Ədirnədə qadağan olunmuş zonada Yunanıstana qaçmağa çalışan şəxslər yaxalanıb.

Şübhəli şəxslərdən 20-nin FETÖ, 2-nin PKK, 1-nin isə İŞİD terror təşkilatının üzvü kimi axtarışda olduğu müəyyən edilib.

Saxlanılan şəxslərlə bağlı istintaq davam edir.

Şəbnəm Mehdizadə