Məzmuna keç

Ədirnədə 322 qeyri-qanuni miqrant tutulub

Türkiyənin Ədirnə şəhərində ölkəyə qanunsuz yollarla miqrant axınının qarşısını almaq məqsədilə yoxlama aparılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ədirnə Təhlükəsizlik İdarəsi və Jandarma Komandanlığı şəhərin müxtəlif nöqtələrində əməliyyat keçirib.

Şəhərin girişində polis tərəfindən saxlanılan nəqliyyat vasitəsində Suriya əsilli 12 qeyri-qanuni miqrant aşkar edilib.

Miqrantları daşıyan sürücülərin hər biri 4500 lirə cərimələnib. Onlar barəsində "insan alveri" maddəsi ilə cinayət işi başlanılıb.

Ədirnə və rayonlarda jandarma qrupları tərəfindən aparılan yoxlamalar zamanı isə müxtəlif millətlərdən olan daha 310 qeyri-qanuni mühacir aşkar edilib.

Tutulan miqrantlar müqaviq prosedurlardan sonra Ədirnə Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə