Türkiyədə 9 nəfərdə "COVID-19" virusunun "Eris" variantı aşkarlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazir yeni variantın qədər də təhlükəli olmadığını söyləyib: "Ciddi narahatlığa səbəb yoxdur. Həmin şəxslər xarici ölkədə bu virusa yoluxub və eyni əyalətlərdədir. Mövcud tədbirlərə və gündəlik həyatımıza davam edəcəyik. Bu virus başqa ölkələrdə də yayılıb, o cümlədən Türkiyədə. Yaşlıları və xroniki xəstələrimizi qoruyacağıq".
Mütəxəssislər bildirirlər ki, "Eris" variantında ən çox rast gəlinən hal ilk günlərində də müşahidə olunan dad və qoxu itkisidir.
Şəbnəm Mehdizadə
