Məzmuna keç

Vəkilin avtomobilinə atəş açıldı –

Türkiyənin paytaxtı Ankarada vəkilin avtomobilinə hücum edilib.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, gecə saatlarında vəkil Büşranur Y.-nin evinin qarşısında park edilmiş maşınına odlu silahdan atəş açılıb.

Vəkil hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Araşdırma zamanı təhlükəsizlik kamerası tərəfindən qeydə alınan görüntülərdən vəkilin maşınının yanında dayanan ağ rəngli avtomobildən atəş açıldığı məlum olur.

Hadisəni törədən şəxsin Büşranur Y.-nin aralarında ədavət olan müvəkkili olduğu müəyyən edilib.

Həmin şəxs məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb. Hadisə ilə bağlı istintaq davam edir.

Şəbnəm Mehdizadə