Meksikanın Xalisko əyalətində əyləncə məkanına silahlı hücum olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xalisko Əyalət Prokurorluğu məlumat verib. Bildirilib ki, hücum nəticəsində 6 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Hücumun dəstələr arasında baş verən qarşıdurma nəticəsində baş verdiyi təxmin edilir.
Qeyd edək ki, Xalisko əyalətində fəaliyyət göstərən “Jalisco New Generation” narkokarteli ölkənin ən güclü mütəşəkkil cinayətkar təşkilatları sırasındadır.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
