Türkiyənin Aydın şəhərində 65 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığına Didim sahillərində hərəkətdə olan rezin qayıqda bir qrup qanunsuz miqrantın olmasına dair məlumat daxil olub.
Qayıq sahil mühafizəsinin əməkdaşları tərəfindən dayandırılıb və içəridə olan 27 qanunsuz miqrant saxlanılıb.
Keçirilən digər bir əməliyyat zamanı isə hərəkətdə olan rezin qayıq Sahil Mühafizəsinin Pilotsuz Uçuş Aparatı vasitəsilə təyin edilib. Qayıqda olan 38 qanunsuz miqrant saxlanılıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
