Türkiyənin 4 şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən FETÖ-nün gizli hərbi strukturuna qarşı keçirilən əməliyyatda 10 şübhəli şəxs müəyyən edilib.
Onlardan 8-i saxlanılıb.
Digər şübhəli şəxslərin tutulması üçün əməliyyatlar davam edir.
Şəbnəm Mehdizadə
