- 17:08
İranın Astara şəhərində baş verən daşqın nəticəsində 7 nəfər xəsarət alıb.
E-huquq.az İSNA-ya istinadən xəbər verir ki, bu barədə Astara valisi Məhəmməd Rza Şahabzadə məlumat verib.
O qeyd edib ki, sel nəticəsində körpüdə olan iki maşın çaya düşüb, 7 nəfər yaralanıb.
İran rəsmisi bildirib ki, şəhər boyu axtarış-xilasetmə işləri davam edir.
Bildirilib ki, Astara və Hace Kəri çaylarının da daşması təhlükəsi var.
Şəbnəm Mehdizadə