- 18:38
Türkiyədə məhkəmə hakimi və həyat yoldaşı yol qəzasında həlak olub.
E-huquq.az “Hukuki Haber”ə istinadən xəbər verir ki, Manisada idarəetmədən çıxan minik avtomobilinin yük maşınına çırpılması nəticəsində 47 yaşlı hakim İrfan Saraç və həyat yoldaşı Emre Saraç hadisə yerində ölüb.
Cütlüyün övladı Uyqar Saraç isə yaralanıb. Yaralı Salihli Dövlət Xəstəxanasına aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Mərhum hakim və həyat yoldaşı bu gün Sivas şəhərində dəfn olunub.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ölənlərin ailəsinə başsağlığı verib.
Şəbnəm Mehdizadə