Avstraliyada universitetə hücum edilib, 2 tələbə yaralanıb


  • 18 Sentyabr 2023 17:13

Avstraliyanın paytaxtı Kanberrada yerləşən Avstraliya Milli Universitetinin (ANU) şəhərciyinə hücum olub.

E-huquq.az xəbər verir ki, bu barədə Avstraliya Milli Universitetinin “Twitter” hesabında məlumat verilib.

Hadisə nəticəsində 2 tələbə yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Polis hücum ilə bağlı bir nəfərin saxlanıldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər