Türkiyədə meşəlik ərazidə yanğın olub


  • 18 Sentyabr 2023 17:46

Türkiyənin Kocaeli şəhərində meşəlik ərazidə yanğın baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kocaelinin Gebze rayonunda başlayan alov küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb.

Əraziyə dərhal Kocaeli Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə briqadaları bölgəyə cəlb edilib. Yanğının qarşısı alınıb.

Təxminən 10 hektar ərazi yanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər