Türkiyədə 24 qanunsuz miqrant xilas edilib


  • 19 Sentyabr 2023 09:55

Türkiyənin Aydın şəhərində 24 qanunsuz miqrant xilas edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, Aydının Didim sahillərində hərəkətdə olan qayığın mühərrikində nasazlıq baş verib. Qayıqda olanların köməyinə Komandanlığın əməkdaşları çatıb. Dərhal əraziyə Sahil Mühafizə gəmisi göndərilib və qayıqda olan 24 qanunsuz miqrant xilas edərək sahilə çıxarılıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər