Perunun bəzi bölgələrində fövqəladə vəziyyət elan edilib


  • 19 Sentyabr 2023 11:14

Peruda mütəşəkkil cinayətkar qruplarla mübarizə çərçivəsində 3 bölgədə fövqəladə vəziyyət elan edilib.

E-huquq.az xəbər verir ki, bu barədə ölkə prezidenti Dina Boluarte Peru televiziyasına verdiyi açıqlamada məlumat verib.

O, ölkənin bəzi bölgələrində cinayətkarlığın artdığını vurğulayaraq, San Juan de Luriqanço, San Martin de Porres və Sullana bölgələrində fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

“Cinayətlərin qarşısını almaq üçün daha qətiyyətli davranacağıq. Polis xalqın yanındadır və ordu polisə dəstək olacaq”, - deyə prezident əlavə edib.

Fövqəladə vəziyyət çərçivəsində Milli Polis (PNP) və Silahlı Qüvvələrə (FF.AA) geniş səlahiyyətlər verilib.

Qeyd edək ki, sentyabrın 15-də San Juan de Luriqançoda gecə klubunda naməlum şəxslərin törətdiyi hücumda 15 nəfər yaralanıb. Ötən gün həmin ərazidəki başqa bir gecə klubuna əl qumbarası atılıb, 5 nəfər yaralanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər