- 18:05
Fransada terror aktları ilə bağlı təhdid mesajları alan 7 məktəb təxliyə olunub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın Sena-Dəniz Qubernatorluğu məlumat yayıb.
Bildirilib ki, Rouen şəhəri ətrafında 6 məktəbə təhdid mesajları göndərilib. Lakin qubernatorluq hələlik heç bir təhlükənin aşkar edilmədiyini qeyd edib.
Polis və Rouen Prokurorluğu məktəblərdə araşdırmalara başlayıb.
Bununla yanaşı Paris ətrafı Saint-Denisdə 1800 şagirdin təhsil aldığı Paul Eluard Liseyi səhər saatlarında bomba təhlükəsi səbəbiylə boşaldılıb. Liseyə bomba zərərsizləşdirmə qrupları gələrkən xəbərin saxta olduğu müəyyən edilib.
Şəbnəm Mehdizadə