Ermənistan polisi aksiyanı dağıtmaq üçün səs qumbaralarından istifadə edib


  • 19 Sentyabr 2023 22:08

İrəvanda hökumət binası qarşısında vəziyyət gərginləşib.

E-huquq.az yerli KİV-ə istinadla xəbər verir ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirən insanlarla polis arasında toqquşma olub. Aksiyaçılar polis əməkdaşlarına şüşə və daş atıb.

Ermənistan polisi meydana toplaşanları dağıtmaq üçün səs qumbaralarından istifadə edib.

Xəsarət alanların olduğu bildirilir.

Oxşar xəbərlər