İranda zavodda partlayış olub, 20-dən çox yaralı var


  • 20 Sentyabr 17:31

İranın şimal-qərbində zavodda baş verən partlayış nəticəsində azı 21 nəfər xəsarət alıb.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, hadisə Tehranın cənub-qərbində yerləşən metallurgiya zavodunda baş verib. Zərərçəkənlər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, onlardan birinin vəziyyəti ağırdır. Hadisə yerinə 4 təcili yardım maşını göndərilib.

Oxşar xəbərlər