- 10:41
İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum və toz fırtınaları ciddi fəsadlara səbəb olub.
E-huquq.az xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi İRNA-ya danışan Sistan-Bəlucistanın fövqəladə hallar üzrə rəsmisi Məcid Muhibbi məlumat verib.
O bildirib ki, qum fırtınası səbəbindən əyalətdə görmə məsafəsi azalıb. Bəzi dövlət qurumlarının fəaliyyəti dayandırılıb.
Sistan-Bəlucistan Meteorologiya İdarəsinin Baş direktoru Muhsin Heydəri havada tozun miqdarının artması səbəbindən Zabulda 800 metrə, Zehekdə isə 500 metrə qədər görmə qabiliyyətinin azaldığını bildirib.
İran rəsmisi vətəndaşlara, xüsusən də ürək və tənəffüs sistemi xəstələrinə lazım olmadıqca çölə çıxmamağı tövsiyə edib.
Şəbnəm Mehdizadə