Məzmuna keç

İrəvanda 30 etirazçı saxlanıldı

Dünən axşam saatlarında İrəvanda keçirilən etiraz aksiyası zamanı 30 nəfər saxlanılıb.

E-huquq.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Xatırladaq ki, son 2 gündür İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir. Aksiya iştirakçıları Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.