Türkiyədə miqrant qaçaqmalçılığında şübhəli bilinən 26 nəfər saxlanılıb


  • 21 Sentyabr 2023 19:10

Türkiyədə 26 miqrant qaçaqmalçılısı tutulub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Nazir bildirib ki, qanunsuz miqrantlara və miqrant qaçaqmalçılığı təşkilatçılarına qarşı keçirilən əməliyyatlar çərçivəsində saxlanılan 26 nəfərdən 8-i xarici ölkə vətəndaşıdır.

Onun sözlərinə görə, əməliyyatlar çərçivəsində Bununla yanaşı 21 min 851-i xarici ölkə vətəndaşı olmaqla ümumilikdə 338 min 43 nəfər dindirilib. 1 198 qanunsuz miqrant saxlanılıb.

22-si xarici ölkə vətəndaşı olmaqla axtarışda olan 783 nəfər müəyyən edilib. Müxtəlif miqdarda narkotik və silah müsadirə edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər