Türkiyənin şimalında 12 terrorçu zərərsizləşdirilib


  • 22 Sentyabr 2023 10:59

Suriyanın şimalında "Fərat Qalxanı" və "Zeytun Budağı" əməliyyat bölgələrində hücuma hazırlaşan 12 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həm ölkə daxilində, həm də sərhəddən kənarda terrorla mübarizə qətiyyətlə davam etdirilir.

“Tək məqsədi olduqları bölgədə qan tökmək olan PKK/YPG terrorçularına layiq olduqları cavabı veririk. Qəhrəman Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı "Fərat Qalxanı" və "Zeytun Budağı" bölgələrində hücuma hazırlaşan 12 PKK/YPG terrorçusunu uğurlu əməliyyatlarla zərərsizləşdirib”, - nazirliyin məlumatında qeyd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər