- 8 May 20:08
Türkiyənin İstanbul şəhərində 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
E-huquq.az İHA-ya istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobil tramvay körpüsünün divarına çırpılıb. Zərbənin təsirindən maşın aşıb. Qəza nəticəsində 4 nəfər ölüb.
Hadisə yerin gələn xilasedicilər avtomobildə sıxışmış vəziyyətdə qalan 4 nəfəri çıxarıb. Meyitlər ekspertizaya göndərilib.
Həmin nəqliyyat vasitəsindən 2 odlu silah aşkarlanıb.
Hadisə şahidləri sürücünün maşını yüksək sürətlə idarə etdiyini bildiriblər.
Şəbnəm Mehdizadə