- 22:50
Türkiyənin Balıkesir şəhərində jandarma qrupları tərəfindən həyata keçirilən əməliyyatlarda 58 qeyri-qanuni miqrant yaxalanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Balıkesir Şəhər Jandarma Komandanlığna bəzi xarici vətəndaşların qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına keçəcəyi barədə məlumat daxil olub.
Jandarma qrupları hərəkətə keçərək miqrantların qaçmasını təşkil etməkdə şübhəli bilinən 3 nəfər və 58 qanunsuz miqrantı saxlayıb.
Axtarışlar zamanı 2 avtomobil, 30 xilasedici jilet, 2 hava nasosu və 5 xilasedici jilet götürülüb.
Qeyri-qanuni miqrantlar müvafiq prosedurlardan sonra Balıkəsir Miqrasiya İdarəsinə təhvil verilib. Qaçaqmalçılıqda şübhəli bilinən 3 nəfər barədə isə istintaq davam edir.
Şəbnəm Mehdizadə