- 10 Dekabr 22:50
"Bu gün səhər saatlarında Rusiya qüvvələrinin Ukraynanın Xerson şəhərini atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Xerson şəhər hərbi administrasiyasının rəhbəri Roman Mroçko deyib.
O qeyd edib ki, Dnepr rayonunu atəşə tutulması nəticəsində yaşayış binaları vurulub. 25 yaşlı Xerson sakini ölüb, 2 nəfər isə yaralanıb.
Mroçko həmçinin bildirib ki, Xerson şəhərində son 24 saat ərzində 4 nəfər həlak olub, daha 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bütün zərərçəkənlərə tibbi yardım göstərilib.
Şəbnəm Mehdizadə